Ağdamda pambıqyığan kombayn yanıb

16 Noyabr 2017 18:27 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Əfətli kəndində olub.

Nəticədə kombaynın bunkerinin üzərinə çəkilmiş tent və bunkerdə olan 2,5 ton pambığın 500 kq yanıb. Sürücü yanıq xəsarəti alıb. Kombaynın və pambığın qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.