Maşın piyadanı öldürdü

17 Noyabr 2017 09:15 (UTC+04:00)

“Report” xəbər verir ki, Lökbatan qəsəbəsində yolu keçmək istəyən təqribən 20-25 yaşlı kişini "99-MA-645" dövlət qeydiyyat nişanlı "Lifan" markalı avtomobil vurub.

Zərbənin gücündən kişinin əli və ayağı bədənindən qoparaq yolun kənarına düşüb.

Hadisə sürət haddinin 120 km/saat olduğu yolda baş verib. Ölən kişinin meyiti şəxsiyyətinin araşdırılması və müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Sürücü şok vəziyyətində olduğu üçün hadisənin necə baş verdiyini xatırlamayıb.

AzNews.az