Azərbaycan Premyer Liqasının XII turuna start verilir

17 Noyabr 2017 12:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış matçında – “Qarabağ” klubu Bakı Olimpiya Stadionunda “Sumqayıt”ı qəbul edəcək. Bu görüş Bakı Olimpiya Stadionunda keçirilən ilk Premyer Liqa oyunu olacaq.

Turun ikinci günündə “Keşlə” klubu “Zirə” ilə qarşılaşacaq. Günün digər oyununda isə “Səbail” səfərdə “Kəpəz”in qonağı olacaq.

“Neftçi” və “Qəbələ” klubları isə noyabr ayının 19-u qarşılaşacaq.