Ağstafada 42 yaşlı kişi döyülüb

18 Noyabr 2017 09:10 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa rayon sakini, 1975-ci il təvəllüdlü Əliyev Vüqar Əlövsət oğlu sərxoş halda mübahisə edib.

Mübahisə dava ilə nəticələnib və o, döyülərək ağır xəsarətlər alıb.

V.Əliyev yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az