Qaraçuxurda kişi damarlarını kəsdi

18 Noyabr 2017 10:35 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. Qəsəbə sakini, 50 yaşlı Sərdar Məhət oğlu Kazımov almazla damarlarını doğrayıb. Nəticədə çox qan itirən S. Kazımov hadisə yerindəcə keçinib.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

AzNews.az