AzNews.az xarici mediaya istinadən bildirir ki, nüvə raketləri sınaqları ilə dünyada gündəmdə olan Ş.Koreyanın lideri ötən gün dövlət televiziyasında Yeni il çıxışı edib.
O çıxışında ABŞ-nın əsas quru sahəsinin Ş.Koreyanın nüvə silahlarının hədəf nöqtəsində olduğunu deyib:
“ABŞ bunun təhdid deyil, əslində real olduğunu bilməlidir. ABŞ Şimali Koreyanın ona nüvə silahı atmaq üçün düyməyə hər an basa biləcəyini bilməlidir”.