Olimpiya çempionu dünyasını dəyişdi - Foto

18 Noyabr 2017 16:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, türkiyəli ağır atlet Naim Süleymanoğlu müalicə aldığı xəstəxanada, 50 yaşında həyatını itirib. O, serrozla bağlı olaraq qaraciyər çatışmazlığından əziyyət çəkib.

İdmançı 23 yanvar 1967-ci ildə Bolqarıstanda doğulub. O, 1992, 1996 və 2000 Yay Olimpiya Oyunlarının qızıl medalçısıdır. Naim Süleymanoğlu həmçinin Dünya Çempionatında 22 dəfə qızıl, 1 dəfə gümüş və 1 dəfə isə bürünc medal qazanıb.