Antalyada Türkiyə, Rusiya və İran XİN rəhbərlərinin görüşü başlayıb

19 Noyabr 2017 14:03 (UTC+04:00)

AzNews.az Tass-a istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu, Sergey Lavrov və Məhəmməd Cavad Zərifin birgə görüşündə Suriya böhranının nizamlanmasına və noyabrın 22-də Soçidə keçiriləcək İran-Rusiya-Türkiyə sammitinə dair məsələlər müzakirə olunur.