Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcək

19 Noyabr 2017 15:08 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Lavrov İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan və prezident Serj Sərkisyanla görüşəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq, müxtəlif təşkilatlarda və beynəlxalq forumlarda birgə fəaliyyət müzakirə ediləcək. S. Lavrov görüşlərdə regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini də müzakirə edəcək.

Səfər çərçivəsində Rusiya və Ermənistan xarici siyasət idarələri arasında 2018-2019-cu illər üçün məsləhətləşmə planının da imzalanması gözlənilir.