Muqabe aclıq elan etdi

19 Noyabr 2017 17:50 (UTC+04:00)

AzNews.az Tass-a istinadən xəbər verir ki, Qida qəbulundan imtina edən R. Muqabe “həqiqət uğrunda ölüm”ə hazır olduğunu bəyan edib. Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının üzvlərindən biri isə R. Muqabenin tək aclıq elan etmədiyini, danışmaqdan da imtina etdiyini bildirib.

Qeyd edək ki, Bu gün Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclası keçirilib. İclasda ölkənin 93 yaşlı prezidenti Robert Muqabe partiyanın sədri postundan çıxarılıb.