Müxalifət Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

25 Fevral 2013 17:24 (UTC+04:00)
İctimai Palata (İP) Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin hüquqşünası Ruslan Mustafayevin APA-ya verdiyi məlumata görə, İP icra hakimiyyətinin qərarının qanunsuz hesab olunması və təşkilatçılara dəymiş ziyana görə 2 min manat təzminat ödənilməsi barədə iddia ilə 1 saylı Bakı Yerli İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. İddia əsasında məhkəmənin ilk iclası fevralın 27-də keçiriləcək.

Qeyd edək ki, İP dekabrın 10-da Milli Məclisin qarşısında "Saxta parlament buraxılsın!" şüarı ilə piket keçirməyə icazə verilməsi ilə bağlı BŞİH-ə müraciət edib. Lakin BŞİH piketə icazə verməyib.

AzNews.az