Ağsuda iki avtomobil toqquşdu

19 Noyabr 2017 20:28 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 159-cu kilometrliyində, Ağsu şəhəri ərazisində qeydə alınıb.

İki “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu şəhər sakini 1994-cü il təvəllüdlü Cavadzadə Azər Qəhrəman oğlu və rayonun Qəşəd kənd sakini 1980-ci il təvəllüdlü Osmanov Xalid Bayram oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.