“Ölkələrimiz arasında qarşılıqlı anlaşma təhlükəsizlik üçün vacib amillərdən biridir” - Lavrov

20 Noyabr 2017 11:32 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziriSergey Lavrov ADA universitetində tələbələr və müəllim heyəti ilə görüşdə deyib. O bildirib ki, iki ölkə strateji tərəfdaşdır: "Qarşılıqlı maraq kəsb edən əlaqələr bütün sahələrdə çox yaxşı şəkildə irəliləyir. Ölkələrimiz arasında qarşılıqlı anlaşma Qafqaz və Xəzər regionunda təhlükəsizlik üçün ən vacib amillərdən biridir".