Doğuşdan sonra komaya düşən qadının vəziyyəti ağırdır - Səhiyyə Nazirliyi

20 Noyabr 2017 12:49 (UTC+04:00)

34 həftəlik hamilə olan qadın Abşeron rayon Mərkəzi Xəstəxanasına gətiriləndə bətnindəki döl ölmüş olub. Bu barədə AzNews.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Aytac Tapdıqovanın hamiləliyi əkiz uşaq olmayıb:

"Masazır qəsəbə sakini 22 yaşlı Aytac Tapdıqova xəstəxanaya gətirilərkən 34 həftəlik hamilə olub. O, xəstəxanaya güclü qanaxma ilə daxil olub. Xəstənin müayinəsi nəticəsində məlum olub ki, ananın bətnindəki döl ölüb. Hazırda koma vəqiyyətində olan Aytac Tapdıqovanın vəziyyəti ağırdır, o, süni ventilyasiya aparatındadır”.

Lalə Nurəddinqızı
AzNews.az