"Dövlət büdcəsi iqtisadi vəziyyəti nəzərə almaqla tərtib olunub" - Spiker

21 Noyabr 2017 12:28 (UTC+04:00)

Trend-in məlumtına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentdə 2018-ni ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

O.Əsədov bildirib ki, bu gün Milli Məclisdə müzakirə olunan büdcə zərfi ölkə iqtisadiyyatında müsbət dinamik dəyişiklikləri əks etdirir.

Spiker bildirib ki, büdcə gəlirlərində qeyri-neft sektorunun payı 50 faizə çatıb və bu qeyri-neft sektorunun inkişafının göstəricisidir.

O.Əsədov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması ölkənin iqtisadi rəqabətlilik qabiliyyətini artırıb və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyi yaxşılaşıb.

Spiker deyib ki, 2018-ci il üçün dövlət bücəsi layihəsi ölkənin iqtisadi vəziyyətini və müasir çağırışları nəzərə almaqla tərtib olunub: “Büdcəmiz ölkənin müdafiə qabiliyyətini artırmağa imkan verir və hər il olduğu kimi bu il də dövlət büdcəsi sosial yönümlüdür”.

AzNews.az