Oskar İranı qəzəbləndirdi

26 Fevral 2013 08:27 (UTC+04:00)


. İran mətbuatı filmə mükafatın təqdimetmə mərasiminə Ağ Evdən məhz prezidentin xanımı Mişel Obamanın qatılmasını tənqid edərək bunu siyasi məsələ adlandırıb.

Şah rejiminin devrilməsi ilə Amerika səfirliyinin 52 əməkdaşının girov götürülməsi olayından bəhs edən filmlə bağlı Oskar mərasimində səsləndirilən fikirlər də rəsmi Tehranın qəzəbinə tuş gəlib. Filmin rejissorunun mükafatı alarkən "İranda ağır şərtlər altında yaşayan dostlarımıza təşəkkür etmək istəyirəm" söyləməsi Tehranın məsələyə siyasi mövqe nümayiş etdirməsinə səbəb olub.

"Argo"nun İranda hiç bir kinoteatrda nümayiş etdirilməsə də mədəniyyət naziri Məhəmməd Hüseyni "Hollivud tarixi yanlış təqdim edir. Bu film İrana qarşı yumşaq müharibənin bir göstəricisidir" deyə vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az