“Tərs” qadın 7 mərtəbəli binasını 7 ildən sonra satdı - 36 milyon AZN

22 Noyabr 2017 11:11 (UTC+04:00)

Çinin Şenzen şəhərində böyük bir nəqliyyat, mənzil və kommersiya layihəsinin ortasındakı binasını illərdir inşaat üçün verməyən çinli bir qadın təqribən 36 milyon manat miqdarında razılaşmadan sonra binanın sökülməsinə icazə verib.

Türkiyənin "Habertürk" qəzetinin məlumatına görə, adının sadəcə, Yang olduğu açıqlanan qadın şəhərin ən böyük stansiyası daxil olmaqla, bir çox tikilinin yüksələcəyi ərazidə sadəcə, 120 kvadratmetr torpaq üzərində yüksələn 7 mərtəbəli binasının dağıdılmaması üçün 7 ildir ki, dirəniş göstərirdi.

Qadına verilən ilk təklif isə Azərbaycan manatı ilə götürsək, 5 milyon AZN olub.

AzNews.az