PKK bu tarixdə silahı buraxacaq

26 Fevral 2013 09:03 (UTC+04:00)


Terrorçuların lideri PKK -lıların silah buraxmasının 21 martda gerçəkləşə biləcəyini vurğulayıb. Türkiyə mətbuatının yazdığına görə, kürdlərin də bayram kimi qeyd etdiyi Novruzda Öcalandan daha önəmli açıqlamalar gözlənilir.

İmralıda keçirilən görüşdən sonra Öcalanın 3 məktubunu ünvanına çatdıran millət vəkilləri cavabın 10 gün içində gözlənildiyini bildiriblər. Eyni zamanda vurğulanıb ki, məktublar zamanında cavablandırılarsa, Novruz bayramında daha önəmli açıqlamalar veriləcək.

Elnarə Əlosmanqızı
AzNews.az