ABŞ öz hərbçilərini Suriyadan çıxartmayacaq

23 Noyabr 2017 10:22 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Birləşmiş Ştatlar İŞİD üzərindəki qələbədən sonra da Suriyanın şimalında öz hərbi qüvvələrini saxlamaq niyyətindədir.

The Washington Post yazır ki, yaxın günlərdə terrorçu qruplaşma tam məhv edildikdən sonra amerikalı hərbçilərin orada qalması mənasızdır.

ABŞ orada öz hərbi kontingentini saxlamaqla yeni münaqişəyə təkan verə bilər.