Dünyanın ən bahalı tualeti - VİDEO

23 Noyabr 2017 11:05 (UTC+04:00)

AzNews.az "CNN International"a istinadən bildirir ki, qiyməti absurd görünsə də, “Neorest NX” artıq sifariş olunmaqdadır. Bu tualet futuristik, mövcud zamana görə daha da irəliyə gedən müasir bir formaya malikdir. Bir düymə ilə istəyə uyğun rahatçılığı, isti-soyuq suyu təmin edir. Belə demək mümkünsə, bu tualet sanki hamam təsisatı deyil, bir sənət əsəri kimi yaradılıb. Bir sözlə, bu avadanlıq digər markalar olan “Tornado Flush”dan “Washlet bidet”ə qədər TOTO-nun təqdim etdiyi hər bir texnologiya parçasını özündə birləşdirir.