500 miqranta düşərgədə yer olmadı, həbsxanada yerləşdirdilər...

23 Noyabr 2017 13:12 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, İspaniyanın Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada Əlcəzairli qaçqınların İspaniyanın cənubuna çatdıqları bildirilir. Onların yarısının cənub-şərq böləsi olan Murciaya yerləşdirildiyi və çoxunun Arxidonada yeni inşa edilən həbsxanaya göndərildiyi qeyd edilir.

Miqrant hüquqlarının müdafiəçiləri isə miqrantları cəzaçəkmə müəssisələrində saxlamağın doğru olmadığını bildirirlər. Onlar həbsxanada insan alverinə nəzarətin olub-olmamasının dəqiq bilinmədiyini vurğulayırlar.