Generaldan “Qoca”ya görə həbs olunan rəisin yerinə - Təyinat

24 Noyabr 2017 16:32 (UTC+04:00)

AzNews.az Ucnoqta.az-a istinadən xəbər verir ki, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun əmri ilə Azad Maşanov Penitensiar Xidmətin Konvoy Taborunun komandiri təyin edilib. Azad Maşanov bundan qabaq Penitensiar Xidmətin Alayının Qərargah rəisi olub.

Qeyd edək ki, Penitensiar Xidmətin Konvoy Taborunun komandiri ədliyyə polkovnik–leytenantı Bəhruz Abdullayev bir müddət bundan qabaq qaçan dustaqlara görə vəzifəsindən azad edilərək həbs olunub.