Ərdoğan və Tramp arasında telefon danışığı olub - Yenilənib

24 Noyabr 2017 18:44 (UTC+04:00)

AzNews.az-ın verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında əsas hansı məsələlərin müzakirə olunduğu açıqlanıb.

Prezidentlər İran, Türkiyə və Rusiya liderlərinin bir neçə gün əvvəl Soçidə keçirilmiş üçtərəfli görüşünü, Suriya böhranını və digər regional problemləri müzakirə ediblər.

***

Bu gün ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.

AzNews.az-ın verdiyi xəbərə görə, bu barədə D.Tramp şəxsi “Twitter” səhifəsində yazıb. O bildirib ki, türkiyəli həmkarı ilə telefon danışığı zamanı Orta Şərq regionunda sülhün təmin edilməsi məsələsini müzakirə edəcəklər.

Will be speaking to President Recep Tayyip Erdogan of Turkey this morning about bringing peace to the mess that I inherited in the Middle East. I will get it all done, but what a mistake, in lives and dollars (6 trillion), to be there in the first place!

— Donald J. Trump (@realDonaldTrump) November 24, 2017