Əkrəm Əylisli: “Xocalı abidəsini gizlin ziyarət etdim“

26 Fevral 2013 12:48 (UTC+04:00)
Heç kəsin xəbəri olmadan, gizlin abidəni ziyarət etmişəm".

Bunu Teleqraf.com-a açıqlamasında qalmaqallı "Daş yuxular" romanının müəllifi Əkrəm Əylisli bildirib.

"Abidəni niyə gizlin ziyarət etmisiz" sualına cavab olaraq Ə.Əylisli bildirib ki, ona qarşı təxribat ola biləcəyindən ehtiyat edib: "İndiki durumda insanların gözü qarşısında həmin abidəni ziyarət edə bilməzdim. Həyatıma təhlükə davam edir. İstərdim ki, insanlar "Daş yuxular"ı unutsunlar və mən də ölkəmdə rahat yaşayım, şəhərdə qorxusuz gəzim" - deyə, Ə.Əylisli bildirib.

Yazıçı təəssüflə bildirdi ki, hələ də cəmiyyətdə "Daş yuxular" romanından istifadə edib narazılıq yaratmaq, gərginliyi saxlamaq istəyənlər var: "Əsərimi Azərbaycan dilinə tərcümə edib dərc edirlər. Xəbərim var bundan. Niyə edirlər, bilmirəm. Mən məsələyə nöqtə qoydum, onlar da nöqtə qoysunlar".

Ə.Əylisli özünə və ailəsinə qarşı hər hansı təzyiqlərin olub-olmaması barədə suallara cavab vermək istəmədiyini bildirdi.