Qulaqcıq gənc oğlanın ölümünə səbəb oldu

25 Noyabr 2017 17:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 19 yaşlı Abdullah Sezər telefonu ilə musiqi dinləyərək evinə gedirmiş. Musiqinin təsirindən qatar keçidinə yaxınlaşdığını hiss etməyən gənc, ətrafdakıların xəbərdarlığını da eşitməyib. Nəticədə gənc oğlan Mersin-Adana istiqamətində gedən qatarın altında qalaraq ölüb. Təhlükəsizlik kameralarına da əks olunan qəza ilə bağlı cinayət işi açılıb.