Avtomobil dirəyə çırpıldı - Yaralılar var

25 Noyabr 2017 22:31 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan ərazisindən keçən hissəsində qeydə alınıb.

Ələt-Astara magistral yolunun Salyan ərazisindən keçən hissəsində minik avtomobilinin beton dirəyinə çırpılması nəticəsində Salyan şəhərinin 20 Yanvar küçəsində yaşayan 30 yaşlı Etibar Vahid oğlu Qafarov və 35 yaşlı Ramil Həmid oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.