Bakı-Qazax yolunda qəza olub - Yenilənib

26 Noyabr 2017 00:00 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alanlar - Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1991-ci il təvəllüdlü Salahov Kamran Şirzad oğlu və həmkəndlisi, 1985-ci il təvəllüdlü Namazov Vaqif Abbas oğludur. Daha bir yaralıya isə ambulator yardım gösətirilib.

Yaralılardan K.Salahovun vəziyyəti ağır, digər yaralının vəziyyəti isə qənaətbəxşdir.

***

22:59

Ağstafa rayonunda iki avtomobil toqquşub.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumatlara görə, qəza nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar arasında vəziyyətləri ağır da olanlar var.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.