Sabirabadda 7 otaqlı ev yanıb

26 Noyabr 2017 20:53 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Sabirabad şəhərində ümumi sahəsi 120 m2 olan ikimərtəbəli 7 otaqlı evin çardağının yanar konstruksiyaları 80 m2 sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.