İran mətbuatı Mişel Obamanı “geyindirdi”

26 Fevral 2013 13:54 (UTC+04:00)



"Fars" xəbər agentliyi təqdimetmə mərasiminə Ağ Evdən qatılan Mişel Obamanın dekolte paltarının çiyinlərini örtərək təqdim edib.

"The Guardian" yazır ki, gümüşü rəngli, qolların və çiyini açıq paltarda çıxış edən M.Obama İranda islam inqilabından sonra amerikalı girovlarn azad edilməsindən bəhs edən "Aqro" əməliyyatı" filmini təqdim edib. Bu görüntülərdən istifadə edən "Fars" agentliyi M.Obamanın paltarının qollarını, çiynini və sinəsini "bağlayıb".

İran qanunlarına görə, ölkədə qadınların hicabsız gəzməsi qadağandır və qadağa xarici ölkə vətəndaşlarına da şamil edilir. Bununla yanaşı xarici ölkələrdə istehsal olunan filmlər senzuradan keçirilərək açıq - saçıq geyimlərə də "əl gəzdirilir".

Elnarə Əlosmanqızı
AzNews.az