Bərdədə ticarət mərkəzi yandı - Yenilənib

27 Noyabr 2017 13:24 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bərdə rayonu, Güloğlular kəndində bir çardaq altında tikilmiş ümumi sahəsi 60 m2 olan mağazanın anbarının dam örtüyünün və tavanının yanar konstruksiyaları 36 m2 sahədə, ümumi sahəsi 52 m2 olan aptekin lambirdən ibarət tavanı 20 m2 sahədə və hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 60 m2 olan digər mağazanın lambirdən ibarət tavanı 10 m2 sahədə yanıb.

Mağazaların və aptekin qalan hissələri və bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. ​

***

11:17

Bərdə rayonunda yerləşən ticarət mərkəzi yanır.

"Report"un Qarabağ bürosu xəbər verir ki, yanğın ticarət mərkəzində yerləşən mağazalardan birindən başlayıb.

Qısa zamanda genişlənən yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Yanğından Mühafizə Xidmətinin yanğınspndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürlməsi istiqamətində tədbirlər görülür.