Kosta Rikanın naziri Bakıya gələcək

27 Noyabr 2017 13:28 (UTC+04:00)

XİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Manuel Gonzalez Sanzın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü olacaq.

Eyni zamanda Kosta Rika Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.