Bakı ilə Samara arasında birbaşa reys açılacaq

27 Noyabr 2017 16:46 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin Aaşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.

Sənəddə bildirilir ki, “NordStar” həftədə bir dəfə olmaqla Samara-Bakı reysi ilə müntəzəm sərnişin daşınması üçün icazə alıb.