AzNews.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Vladimir Dmitriyeviç Doroxin Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin.
Qeyd edək ki, V.Doroxin Rusiya prezidentinin 2009-cu il 24 fevral tarixli fərmanı ilə ölkəsinin Azərbaycandakı səfiri postuna təyin edilmişdi.