Bakıda zavod yandı

27 Noyabr 2017 22:02 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunda zavodun ərazisində həcmi 18 ton olan bitum çəninin başlıq hissəsi və çənin üzərinə çəkilmiş şüşə-pambıq üzlük qismən yanıb.

Çənin içərisində olan bitum və yaxınlıqda olan digər çənlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.