Bərdədə qadın özünü su kanalına atdı

27 Noyabr 2017 23:30 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, rayon sakini İsmayılova Nazilə Xudaverdi qızı özünü Qarabağ su kanalına atıb.

Onun meyiti 4 km aralıda, rayonun Hüseynbəyli kəndində tapılıb. Qeyd edək ki, N. İsmayılova uzun illərdir, ruhi xəstəlikdən əziyyət cəkib.

Faktla bağlı araşdırma aparılır.