Meteoritdən ev tikdilər

26 Fevral 2013 14:47 (UTC+04:00)



Rusiya mətbuatının yazdığına görə, fövqəladə hallar komissiyası fəlakətin nəticələrinin aradan qaldırılması üçün kömək vəd etsə də, əksər sakinlər köməyi gözləməmək qərarına gəliblər.

Evlərin təmiri üçün yerli sakinlər tapdıqları meteor parçalarını satır. Ancaq hüquq-mühafizə orqanları bunu qanunsuz adlandıraraq sakinləri satışdan çəkinməyə çağırıb.

Meteor parçalarının qiyməti ölçüsündən asılı olaraq dəyişir. Lap kiçikləri 500 rubldan təklif olunur ki, qiymət bir neçə min rubla qədər arta bilər.

Artıq Çekyabinsk sakinləri internet üzərindən meteor satışını da həyata keçirirlər.

Elnarə Əlosmanqızı
AzNews.az