Xəstəxanadan AzNews.az-a verilən məlumata görə, Xatun Rəsulova həyat yoldaşı tərəfindən döyülüb:
“Xatun səhər saatlarında xəstəxanaya müraciət edib. Üzündə və bədəninin müxtəlif yerlərində çoxsaylı zədələr vardı. Bədəni gömgöy idi. Dedi ki, onu əri döyüb. Biz də hüquq-mühafizə orqanlarına məlumat verdik. Xatun tibbi müayinə edildikdən sonra evə buraxıldı. Hazırda səhhəti normaldır”.
Qeyd edək ki, Yevlaxda kişi 26 yaşlı arvadını döyüb. Rayon sakini, 1991-ci il təvəllüdlü Xatun İlqar qızı Rəsulova çoxsaylı küt travmalar alıb.
Bahar RÜSTƏMLİ
AzNew.az