AzNews.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Əfqanıstan üzrə İstanbul Prosesinin 7-ci nazirlər konfransı noyabrın 30-da Bakıda keçiriləcək.
Konfransda Türkiyə, Azərbaycan və Pakistan XİN rəhbərləri arasında ilk dəfə təşkil ediləcək üçlü görüşdə ölkələr arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi əsas müzakirə mövzusu olacaq.