Prezident Sabirabada getdi

28 Noyabr 2017 17:24 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.