AzNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanışlıq zamanı deyib.
Dövlət başçısı bildirib ki, bununla bağlı tarixi həqiqətlər bütün dünyaya çatdırılıb: “Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin yekun Bəyannaməsində üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqləndi və dəstəkləndi”.
“Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində hər cür şərait yaradılıb. Məcburi köçkünlərin problemlərinin həlli dövlətin əsas vəzifələrindən biridir”, - deyə prezident qeyd edib.