Etibar Məmmədov prezidentliyə namizəd olmayacaq

26 Fevral 2013 16:05 (UTC+04:00)
"Prezident seçkilərinə namizəd kimi qatılmaq fikrim yoxdur".

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov deyib.

O, AMİP-in iyun ayında keçiriləcək qurultayında namizədliyinin müzakirə olunacağı barədə deyilən fikirlərə də aydınlıq gətirib: "Mənim razılığım olmadan namizədliyim qurultayda necə müzakirə oluna bilər? Seçkilərdə partiyanın namizədi kimi iştirak etmək niyyətində deyiləm".

AzNews.az