Lənkəranda ər arvadının üzünü doğradı - Dəhşətli cinayət

29 Noyabr 2017 14:37 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, şəhərin Liman qəsəbəsində 1987-ci il təvəllüdlü Könül Kərimova üz nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlum olub ki, Könül Kərimova əri ilə mübahisə edib. Mübahisə zamanı ər qadının üz nahiyəsinə xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb.

AzNews.az