FHN Xaçmazda baş vermiş yanğınla bağlı məlumat yayıb

29 Noyabr 2017 23:03 (UTC+04:00)

AzNews.az FHN-nə istinadən xəbər verir ki, Xaçmaz rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaq və 1 aynabənddən ibarət evin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Yanğın zamanı 2 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.