Ağcabədidə ev yandı

30 Noyabr 2017 19:39 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, birmərtəbəli 5 otaqlı evin 2 otağının tavanı 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.