31 yaşlı kişini maşın vurdu

1 Dekabr 2017 09:27 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, 1986-ci il təvəllüdlü Cəfərquliyev Səbuhi Əvəz oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az