Ana və 3 yaşlı qızı dəm qazından zəhərləndi - Bakıda

1 Dekabr 2017 10:30 (UTC+04:00)

Lent.az xəbər verir ki, ötən gecə saat 23:30 radələrində 20-ci yaşayış sahəsi, 2-ci Bibiheybət yolu ev 10-da yaşayan 1990-cu il təvəllüdlü Hümbətova Natavan Şöhrət qızı və övladı, 2014-cü ildə anadan olmuş Xəlilli Nuray Kamil qızı dəm qazından zəhərlənib. Onlar Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə aparılıb.

Ana və övladının həyatına təhlükənin qalmadığı bildirilir.

AzNews.az