Dəm qazı can aldı

1 Dekabr 2017 10:52 (UTC+04:00)

Lent.az xəbər verir ki, Binəqədi qəsəbəsi 3-cü mədən yaşayış massivində yerləşən həyət evində 1969-cu il təvəllüdlü Əliyev Şahin Bağır oğlu dəm qazından boğulub. Onun meyitini yaxınları aşkarlayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az