Məktəbdə şagirdlərdən pul yığılıb? - Açıqlama

1 Dekabr 2017 11:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məktəbdə istilik sistemində olan problem qazanxanada yaranmış nasazlıqdan meydana gəlib.

“Yaranmış problemin həlli ilə bağlı müvafiq müraciət olunub. Bir neçə valideyn istilik sisteminin zəif olmasından narahatlıq ifadə etsə də, qısa zamanda istiliyin bərpa olunacağı onlara bildirilib. Məktəbdə istilik probleminin həlli ilə əlaqədar şagirdlərdən heç bir vəsait tələb olunmayıb”-deyə məlumatda bildirilib.