17 yaşlı gənci analığı döyərək öldürüb - Təfərrüat

1 Dekabr 2017 11:14 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, hadisə Qusar rayonunun Hil kəndində qeydə alınıb.

Məlumata görə, Hil kəndində bu ilin oktyabr ayında 2000-ci il təvəllüdlü Daşdəmirov Nəsrəddin Radik oğlunun ölümü ilə bağlı rayon prokurorluğunda aparılan araşdırmalar zamanı onun ölümündən əvvəl analığı Rəna tərəfindən döyüldüyü və bu səbəbdən aldığı xəsarətlərdən Qusar Rayon Mərkəzi xəstəxanasında öldüyü müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.