KTMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə qəbul etdi

1 Dekabr 2017 12:20 (UTC+04:00)

Report xəbər verir ki, təşkilat üzvləri münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərinə dəstək ifadə ediblər.

Məlumata görə, KTMT-yə üzv dövlətlər bir daha Minsk qrupunun fəaliyyətini dəstəklədiklərini təsdiqləyiblər.

Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin məlum 3 prinsip əsasında həllinin vacibliyi vurğulanıb: “Bunlar xalqların öz müqəddəratını təyin etmə, güc tətbiq edilməməsi, zorakılıqdan yayınmaq və ərazi bütövlüyüdür”.

Qeyd edək ki, KTMT-nin Təhlükəsizlik Şurasının noyabrın 30-da Minskdə keçirilən iclasında Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və Ermənistan prezidentləri iştirak edib.

AzNews.az